Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin əməkdaşlarına fəxri adlar verilib

Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin əməkdaşlarına fəxri adlar verilib
# 18 noyabr 2014 15:52 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin əməkdaşlarına fəxri adların verilməsi haqqında” sərəncam imzalayıb.


APA-nın xəbərinə görə, sərəncamda bildirilir ki, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:


“Əməkdar Müəllim”


Əliyeva İlahə Əliyulla qızı

Mehrəliyev İmaməddin İbrahim oğlu

Məmmədova Əfşan Əsəd qızı


“Əməkdar Mədəniyyət İşçisi”


Abdullayeva Tamilla Əli qızı



Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”


Abdullayeva Gülnarə Hicran qızı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR