Azərbaycan İstiqlal Muzeyində general Cəfər Kavianın 120 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək

Azərbaycan İstiqlal Muzeyində general Cəfər Kavianın 120 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək
# 31 mart 2015 13:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Aprelin 3-ü saat 12.00-da Azərbaycan İstiqlal Muzeyində “21 Azər” milli-azadlıq hərəkatının fəal iştirakçısı, general Cəfər Kavianın 120 illik yubileyinə həsr olunmuş “İşıqlanan yaddaş” adlı sərgi keçiriləcək.

Azərbaycan İstiqlal Muzeyindən APA-ya verilən məlumata görə, sərgidə ilk dəfə olaraq Cəfər Kavianın şəxsi əşyaları - hərbi geyim, Səttarxan ordeni, "21 Azər" medalı, qılınc, fotoşəkillər, sənədlər nümayiş olunacaq.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Cəfər Kavianın oğlu Mark Kavian, Əlyazmalar İnstitutunun mətbuat katibi Sərvan Kərimov və digər qonaqlar iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR