Rusiyanın neft-qaz gəlirləri 41-42% faiz azalıb

Rusiyanın neft-qaz gəlirləri 41-42% faiz azalıb
# 14 mart 2015 10:52 (UTC +04:00)

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Federal Gömrük Xidmətinin açıqladığı məlumatda bildirilir.

Eyni dövrdə Rusiyanın ixrac etdiyi neftin fiziki həcmi 8,5% artaraq 19,641 milyon ton təşkil edib. Ötən ilin müvafiq dövründə isə neft ixracatı 18,107 milyon ton həcmində olub. MDB ölkələrinə neft satışından əldə olunan gəlir 2,5 dəfə azalaraq 323,9 milyon təşkil edib, halbuki ötən ilin müvafiq dövründə 830,2 milyon dollar gəlir əldə edilib.

“Qazprom”un gəlirləri isə 2015-ci ilin yanvarında 2014-cü ilin yanvar ayı ilə müqayisədə 41,5% azalaraq 4,021 milyard dollar olub. Qaz ixracında 28% azalma da qeydə alınıb. Keçən ilin yanvarında 20,5 milyard kubmetr təbii qaz ixrac edilib, bu ilin eyni dövründə isə ixracın həcmi 14,6 milyard kubmetrə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR