Azərbaycanın daxili işlər naziri və baş prokuroru Bakıda yanğın baş verən əraziyə gəlib - YENİLƏNİB

Azərbaycanın daxili işlər naziri və baş prokuroru Bakıda yanğın baş verən əraziyə gəlib - <span style="color: red;">YENİLƏNİB
# 19 may 2015 09:51 (UTC +04:00)

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov və baş prokurorun müavini Rüstəm Usubov yanğın baş verən ərazidədir.

****

saat 12.33

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan fövqəladə hallar və daxili işlər nazirlərinin müavinləri Bakıda yanğın baş verən əraziyə gedib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və daxili işlər nazirinin müavini Oruc Zalov yanğın baş verən ərazidədir.

Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR