Bakıda intihar etmək istəyən şəxs xilas edilib

Bakıda intihar etmək istəyən şəxs xilas edilib
# 15 may 2015 13:38 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda intihara cəhd edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Binəqədi rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub.

FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində məlum olub ki, vətəndaş çoxmərtəbəli binanın eyvanına çıxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR