KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib

KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 06 mart 2013 13:11 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Toplantıda Gürcüstan prezidenti Mixeil Saakaşvilinin Azərbaycan səfərinin yekunlarına aid mətbuat açıqlamasına münasibət bildirilib. İdarə Heyəti bu açıqlamaya bəzi partiya funksionerlərinin və dövlət məmurlarının münasibətlərini reallığa uyğun hesab etməyib, Azərbaycan-Gürcüstanın müttəfiqliyinə qarşı təhdidlərin, təhlükələrin adekvat cavabının ölkə daxili və beynəlxalq güclərin birgə səylərində olduğunu bir daha diqqətə çatdırıb.

İclasda 10 martda gənclərin keçirəcəyi “Əsgər ölümlərinə son qoyulsun!” adlı etiraz aksiyasını dəstəkləmək haqda qərar qəbul edilib.

İdarə Heyəti Fransa parlamentində baş verən zorakılığı pisləyərək, parlamentdə fiziki və mənəvi ziyan çəkmiş soydaşlarımıza qarşı hərəkəti demokratiyaya, insan haqlarına qarşı kobud, rüsvayçı, barbar və bağışlanmaz hərəkət hesab edib.

İclasda həmçinin seçkilərə hazırlığın vəziyyətinə həsr olunmuş KXCP rayon-şəhər şöbələri məclislərinin keçirilməsi haqda qərar da qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR