Bakıda marşrut avtobusu 37 yaşlı qadını vuraraq öldürüb

Bakıda marşrut avtobusu 37 yaşlı qadını vuraraq öldürüb
# 30 yanvar 2013 07:12 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda marşrut avtobusu qəza törədib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binəqədi şosesində qeydə alınıb. 196 saylı xətt üzrə hərəkətdə olan “Otoyol” markalı, 10-TB-630 dövlət nömrə nişanlı avtobusla yolu keçən piyada, 1976-cı il təvəllüdlü Zahidova Vəfa Arif qızı vurulub. Nəticədə o, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR