DAK həmsədrləri ABŞ-a səfərə gedib

DAK həmsədrləri ABŞ-a səfərə gedib
# 22 aprel 2013 08:59 (UTC +04:00)

Bakı – APA. Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərvizniyanın ABŞ-a səfəri başlayır.

DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 2-dək davam edəcək səfərdə DAK həmsədrləri bir sıra mühüm görüşlər keçirəcək.

Səfər çərçivəsində DAK həmsədrləri ABŞ Dövlət Departamenti və Konqresdə bir sıra əhəmiyyətli görüşlər keçirməyi planlaşdırır. Görüşlərdə Amerika-Azərbaycan əməkdaşlığı, Dağlıq Qarabağ problemi, eləcə də Güney Azərbaycanda yaşayan soydaşlarımızın qarşılaşdıqları problemlər müzakirə ediləcək.

Səfər çərçivəsində DAK həmsədrlərinin aprelin 27-də Nyu-Yorkda keçiriləcək “Erməni yalanlarına son” aksiyasında da iştirakı nəzərdə tutulub. Aksiya Amerikada fəaliyyət göstərən diaspor və gənclər təşkilatları tərəfindən təşkil ediləcək. Məqsəd ermənilərin qondarma “soyqırımı”nı qeyd etdikləri günlərdə erməni yalanlarına qarşı ictimai rəyi formalaşdırmaq, həqiqətləri Amerika ictimaiyyətinə çatdırmaqdan ibarətdir.

DAK həmsədrləri Amerikada olduqları müddətdə bu ölkədə fəaliyyət göstərən ictimai təşkilat və mətbuat nümayəndələri ilə də silsilə görüşlər keçirəcəklər. Bu görüşlərdə də əsas müzakirə mövzusu Ermənistanın Azərbaycana təcavüzü, Qarabağın işğalı, eləcə də Güney Azərbaycandakı 35 milyondan artıq Azərbaycan türkünün milli azadlıqları uğrunda mübarizəsi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR