Bayburtda Dədə Qorqud mərasimləri keçirilməyəcək

Bayburtda Dədə Qorqud mərasimləri keçirilməyəcək
# 22 iyul 2015 09:20 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. 22-24 iyul tarixlərində Türkiyənin Bayburt şəhərində keçirilməsi planlaşdırılan Dədə Qorqud mərasimləri bu il keçirilməyəcək. Bu barədə APA-ya Bayburt bələdiyyəsinin mətbuat və xalqla əlaqələr şöbəsindən məlumat verilib.

Dədə Qorqud mərasimlərini təşkil edən komitə iyulun 20-də Şanlıurfanın Suruç qəsəbəsində baş vermiş və 32 nəfərin ölümü ilə nəticələnmiş terror aksiyasına görə bu il Dədə Qorqud mərasimlərini keçirməməyi qərarlaşdırıb.


“Mərasimlərə dəvət etdiyimiz qonaqların əksəriyyətinə artıq məlumat vermişik. Bayburta Türkiyənin digər yerlərindən və xaricdən gəlmiş qonaqlar isə hal-hazırda şəhərimizdədir. Onlara lazımi qonaqpərvərliyi göstəririk, getmək istədikləri vaxtda yola salacağıq” - deyə Bayburt bələdiyyəsinin səlahiyyətli nümayəndəsi bildirib. O, mərasimlərin bu il yenidən təşkil edilməsi ehtimalının zəif olduğunu sözlərinə əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR