Göyçay sakini qardaşının evində özünü asıb - VİDEO

Göyçay sakini qardaşının evində özünü asıb - <span style="color: red;">VİDEO
# 15 noyabr 2014 09:06 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ləkçiplaq kəndində qeydə alınıb.

Kənd sakini, 1965-ci il təvəllüdlü Osmanov İmran Teyyub oğlu qardaşının evində özünü kəndirlə asıb.

Ailə üzləri onun özünü öldürmək cəhdindən tez xəbər tutub, kəndirdən xilas edə biliblər.

Ölümcül vəziyyətdə Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən İmran Osmanovun vəziyyəti ağır olaraq qalır. O, hazırda koma vəziyyətindədir.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR