Şirvan-Salyan yolunda üç avtomobil toqquşub, yaralı var - FOTO

Şirvan-Salyan yolunda üç avtomobil toqquşub, yaralı var - <span style="color: red;">FOTO
# 31 mart 2013 11:51 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı – APA. Şirvan-Salyan avtomabil yolunda zəncirvari qəza baş verib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan Polis Şöbəsindən məlumat verilib.

Ötən gecə baş verən zəncirvari qəzada Salyanın Qarabağlı kənd sakini, 1984-cü il təvəllüdlü Əzimov Əşrəf Ruslan oğlu idarə etdiyi BMW markalı 90 DH 388 dövlət nömrə nişanlı avtomabillə rayonun Qaraçala kənd sakini, 1968-ci il təvəllüdlü Quliyev Pirverdi Məti oğlunun idarə etdiyi, Şirvan şəhəri istiqamətində hərəkət edən VAZ 21099 markalı 18 BF 350 dövlət nömrə nişanlı maşını arxadan vurub.

Zərbədən bu maşın Kürsəngi kənd sakini, 1968-ci il təvəllüdlü Rəhimov Nahid Əvəz oğlunun idarə etdiyi VAZ 2107 markalı 90 KS 986 nömrəli avtomabilə çırpılıb.

BMW-nin sürücüsü Əzimov Əşrəf hadisə yerindən uzaqlaşan zaman yoldan çıxaraq, elektrik dirəyinə dəyərək aşıb. Nəticədə sürücü ağır kəllə-beyin travması alaraq Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan xəstə gecə Bakıdakı xəstəxanalardan birinə aparılıb.

Faktla Salyan rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR