İranın BMT-dəki daimi nümayəndəsi: “İran ABŞ-la birbaşa müzakirələrə hazırdır”

İranın BMT-dəki daimi nümayəndəsi: “İran ABŞ-la birbaşa müzakirələrə hazırdır”
# 04 mart 2013 10:20 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İran ABŞ-la birbaşa müzakirələrə hazırdır”. APA-nın məlumatına görə, bunu İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai bildirib.

Onun sözlərinə görə, rəsmi Tehran ABŞ-ın ciddiliyini anlayacağı və fərqli hərəkət etməyəcəyindən əmin olacağı təqdirdə, Vaşinqtonla müzakirə masasına oturaraq birbaşa görüşəcək: “İranla Qərb dövlətləri arasında problem sanksiyalar və sərt şərhlərlə həll edilə bilməz. Yəni bu işlər belə getməz. ABŞ-dakı bəzi rəsmilər İranla necə danışmağın lazım olduğunu anlamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR