"Fitch" "Unibank" üzrə proqnozunu dəyişib

"Fitch" "Unibank" üzrə proqnozunu dəyişib
# 12 mart 2015 06:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Fitch" beynəlxalq reytinq agentliyi "Unibank" ASC üzrə reytinqini dəyişib.

"Fitch"dən "APA-Economics"ə daxil olan açıqlamada bildirilir ki, bankın xarici valyuta olan uzunmüddətli defolt emitenti reytinqi "B" səviyyəsində təsdiqlənib, proqnoz "pozitiv"dən "stabil"ə endirilib.

Xarici valyuta olan qısamüddətli defolt emitenti reytinqi də "B" səviyyəsində təsdiq olunub.

Bankın dayanıqlılıq reytinqi "B" səviyyəsində, dəstək reytinqi isə "5" səviyyəsində təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR