Bakı. Faiq Mahmudov - APA. “Dağlıq Qarabağ münaqişəsinə dair məsləhətləşmələrdə iştirak etmək üçün bu gün Moskvaya gedəcəyəm”.
APA-nın xəbərinə görə, bunu ATƏT-i Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik “Twitter” səhifəsində yazıb.
"Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair birlikdə çalışırıq", - deyə o qeyd edib.