Belarus alimi kitabını AMEA Mərkəzi Elmi Kitabxanasına hədiyyə edib - FOTO

Belarus alimi kitabını AMEA Mərkəzi Elmi Kitabxanasına hədiyyə edib - <span style="color: red;">FOTO
# 24 iyul 2014 16:55 (UTC +04:00)

Bakı-APA. Belarus Milli Elmlər Akademiyasının Tarix İnstitutunun böyük elmi işçisi, arxeoloq, tarix elmləri namizədi Mixail Loşenkov müəllifi olduğu «Qordiha miloqradskoy kulturı na territorii Belarusi» adlı kitabını AMEA Mərkəzi Elmi Kitabxanasına hədiyyə edib. Kitabxananın ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Rəşad Sahilin APA-ya verdiyi məlumata görə, Kitabda Miloqrad mədəniyyətinin əhatə etdiyi ərazilər, həmin dövrə aid arxeoloji abidələr, əmək alətləri, bəzək əşyaları, gül qabları, həmçinin əkinçilik, ovçuluq, balıqçılıq, metallurgiya sahələri haqqında geniş və əhatəli şəkildə bəhs olunur. Belarus xalqının tarixi problemlərinin tədqiqinə həsr edilmiş araşdırmalar kitabda öz əksini tapıb. Hər bir bölmə üzrə verilmiş materiallar tarixilik baxımından diqqət çəkir.

Kitab təkcə mütəxəssislər üçün yox, həm də Belarus tarixi ilə maraqlalan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR