Azərbaycanda gizli fəaliyyət göstərən 13,5 min obyekt aşkarlanıb

Azərbaycanda gizli fəaliyyət göstərən 13,5 min obyekt aşkarlanıb
# 07 mart 2013 08:34 (UTC +04:00)

Onun sözlərinə görə, bura qanunsuz sahibkarlıq fəaliyyəti, vergidən yayınma, əmək müqaviləsinin bağlanmaması və s. kimi pozuntular aiddir. Araşdırma nəticəsində məlum olub ki, bunların 13 500-ü faktiki fəaliyyəti olduğu halda vergi orqanlarına boş (yəni, fəaliyyətlərinin olmadığı barədə) bəyannamə təqdim ediblər.

H.Məmmədov bildirib ki, 2012-ci ildə Vergi auditi Departamenti tərəfindən 6 910 obyektdə kassa hesabatlarının aparılması qaydaları yoxlanılıb. Bundan 5 701 obyektdə nöqsan aşkarlanıb. Bu obyektlərə 3,582 mln. manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Alkoqollu içkilər və tütün məmulatlarının aksiz markaları ilə markalanmasına nəzarət məqsədilə ötən il 249 yoxlama aparılaraq, 230 nöqsan aşkarlanıb, nəticədə 5 376 alkoqollu içki və tütün məmulatı aksiz markası ilə markalanmadan aşkarlanaraq onun müsadirə edilməsi üçün məhkəməyə müraciət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR