Siyəzəndə sərnişin avtobusu minik maşını ilə toqquşub, xəsarət alanlar var

Siyəzəndə sərnişin avtobusu minik maşını ilə toqquşub, xəsarət alanlar var
# 15 fevral 2013 08:32 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Siyəzən yolunun 2-ci km-də qeydə alınıb.

Siyəzən rayon sakini Nurəddin İsayevin idarə etdiyi 10 GE 419 dövlət nömrə nişanlı “Ekarus” markalı sərnişin avtobusu Siyəzən rayon sakini Xəyyam Kərimova məxsus “VAZ-21015” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “VAZ-21015”-də olan iki nəfər – 1992-ci il təvəllüdlü Pərviz Salmanov və 1991-ci il təvəllüdlü Zamir Soltanov müxtəlif bədən xəsarətləri alıb. Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən hər iki şəxsi vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR