Xarkovda növbəti terror aktının qarşısı alınıb

Xarkovda növbəti terror aktının qarşısı alınıb
# 02 may 2015 22:24 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi Markiyan Lubkivski bildirib.

“Ukrayna Təhlükəsizlik Xidməti Baş Prokurorluq və DİN ilə birgə keçirdiyi irimiqyaslı antiterror tədbirlər çərçivəsində mayın 1-də Xarkovda terror aktının qarşısı alınıb”, deyə o bildirib.

Məlumata görə, Xarkov sakini terror aktı törətməyə cəhd edərkən saxlanılıb. Saxlanılan şəxsin Xarkovda istehkam qurğularında mina quraşdırarkən yaxalandığı bildirilir.

Xüsusi xidmət orqanlarının əməkdaşları saxlanılan şəxsin “Xarkov partizanları” qruplaşmasının “Kot” (pişik) ləqəbli üzvü olduğunu müəyyənləşdirib. Onun qarajında trotil və detonatorlar aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR