Rusiyanın idman naziri: “Avropa Oyunları böyük idman bayramı olacaq”

Rusiyanın idman naziri: “Avropa Oyunları böyük idman bayramı olacaq”
# 17 aprel 2015 09:55 (UTC +04:00)

Bakı – APA. “Avropa Oyunlarında medallarla bağlı heç bir planımız yoxdu. Təbii ki, Bakıya yollananlar turist məqsədi ilə getməyəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın idman naziri Vitali Mutko deyib.

Rusiya mətbuatına müsahibəsində iyunda Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı fikirlərini açıqlayan Mutko beynəlxalq yarışların təqviminin sıxlığını qeyd etsə də, startı Azərbaycanda veriləcək qitə miqyaslı oyunların gələcəyi üçün addımların da atılmalı olduğunu bildirib: “Əminəm ki, bu, böyük idman bayramı olacaq. Lakin Beynəlxalq Olimpiya Komitəsi bu yarışı onsuz da sıx olan turnirlərin qrafikinə necə yerləşdirmək üçün düşünməlidi. Bəlkə də həmin ildə təşkil olunan bəzi növlər üzrə dünya çempionatları ləğv edilməlidi. İstənilən halda, təqvimlə bağlı ciddi söhbət etmək lazımdı”.

Rusiya yığmasının planlarını da açıqlayan Mutko qarşıdakı hədəflərdən də danışıb: “Yaxın gələcəyin ən böyük idman hadisəsi Rio-de-Janeyrodakı Olimpiya Oyunlarıdı. Buna görə də hər şey ora hazırlığa xidmət etməlidi. Bakıdakı Avropa Oyunlarına gəlincə, heç kimin boynuna heç nə qoyulmur. Ora o idmançılar gedir ki, bu yarış onların hazırlıq planına daxildi və ya olimpiya lisenziyaları uğrunda mübarizə aparacaq. Bəzi idman növlərində bu lisenziyalar uğrunda da mübarizə gedəcək. Amma məsələn, atletikada avqustda dünya çempionatı keçiriləcək. Ardıcıl iki dəfə idman formasının zirvəsinə yüksəlmək isə ziyandı”.

Qeyd edək ki, Avropa Oyunları oyunun 12-28-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR