Honkonqda iğtişaşlar zamanı 45 nəfər saxlanılıb

Honkonqda iğtişaşlar  zamanı 45 nəfər saxlanılıb
# 16 oktyabr 2014 02:29 (UTC +04:00)

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, polis nümayişçilərə qarşı bibər qazından istifadə edib.

Son məlumatlara əsasən, iğtişaşlar zamanı 45 etirazçı saxlanılıb.

Polis şəhərin əsas avtomagistrallarından birini bağlamış etirazçıları dağıtmağa çalışır.

Xatırladaq ki, Honkonqda etirazlar sentyabrın 26-dan bəri davam edir. Nümayiş iştirakçıları yerli administrasiya rəhbərliyinin xalq tərəfindən birbaşa seçilməsini tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR