Bank Of Baku

Soçidə yol qəzasında 3-ü uşaq olmaqla, 5 nəfər ölüb, 3 azyaşlı yaralanıb

Soçidə yol qəzasında 3-ü uşaq olmaqla, 5 nəfər ölüb, 3 azyaşlı yaralanıb
# 27 iyul 2026 12:25 (UTC +04:00)

Rusiyanın Soçi şəhərində avtomobilin tunelin giriş divarına çırpılması nəticəsində 5 nəfər ölüb, 3 uşaq isə yaralanıb.

APA xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, 42 yaşlı "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü yaş yolda sürət həddini aşdığı üçün idarəetməni itirib və tunelin giriş portalına çırpılıb.

Qəza nəticəsində sürücü və daha dörd sərnişin, o cümlədən 5, 10 və 13 yaşlı üç uşaq ölüb.

Daha üç uşaq müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR