Müdafiə sənayesi naziri pakistanlı nazirlə görüşüb

Müdafiə sənayesi naziri pakistanlı nazirlə görüşüb
# 13 mart 2015 13:26 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Pakistanın müdafiə sənayesi üzrə federal naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın Müdafiə Sənayesi Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Yavər Camalov nümayəndə heyətinə rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat verib.

Azərbaycanla Pakistan arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair danışıqlar aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdə Pakistanın Azərbaycandakı hərbi attaşesi Syed İmran Ali də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR