Azərbaycan ərazisində qeyri-sabit, yağmurlu hava davam edəcək

Azərbaycan ərazisində qeyri-sabit, yağmurlu hava davam edəcək
# 17 aprel 2013 10:02 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi xəbərə görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, gecə saatlarında qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 9-14, bəzi yerlərdə 18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR