Sabah Azərbaycanda 35 dərəcə isti olacaq - VİDEO

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq - <span style="color: red;">VİDEO
# 01 sentyabr 2015 09:53 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, axşam və gecə dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir.

Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 17-22, gündüz 30-35 dərəcə, dağlıq rayonlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR