İsrailin “Timesofisrael” nəşri: Avropa Oyunları dostluğu və tolerantlığı əks etdirir

İsrailin “Timesofisrael” nəşri: Avropa Oyunları dostluğu və tolerantlığı əks etdirir
# 26 iyun 2015 10:32 (UTC +04:00)

APA-nın məlumatına görə, İsrailin oyunlara 142 nəfərdən ibarət böyük nümayəndə heyəti ilə qatıldığını qeyd edən müəllif İsrael Barouk Azərbaycanda yəhudilərə qarşı tolerantlığın ən yüksək nümunəsinin sərgiləndiyini vurğulayır. Müəllif bildirir ki, oyunlara 50 ölkədən 6 min atlet qatılıb. İsrail-Azərbaycan dostluğunun 200 ildən yuxarı bir zaman kəsiyinə dayandığı qeyd olunan məqalədə Azərbaycanda multikulturalizmin və dinlərarası harmoniyanın mövcudluğuna diqqət çəkilir.

İsrael Barouk yazır ki, son həftələrdə dünyada Azərbaycana qarşı təşkil olunmuş kampaniyaya başlanıb. Bu kampaniyanın Azərbaycanı dünya ictimaiyyətinin qarşısında gözdən salmağa və çicəklənən, güclü Qafqaz ölkəsini öz yolundan döndərməyə yönəldiyi vurğulanır.

Müəllif qeyd edir ki, Azərbaycan sürətli inkişaf tempinə malik, istər strateji mövqeyi, istərsə də siyasi, iqtisadi göstəriciləri ilə xüsusi seçilən ölkədir.

Məqalədə İsrailin nümayəndə heyətinin Azərbaycanda təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu və açılış mərasimində arenaya daxil olarkən atletlərin alqışlarla qarşılandığını yazılır.

“Qafqazda böyük önəm daşıyan Azərbaycanın cəsarətli addımları çoxları tərəfindən həsəd və qərəzlə qarşılanır. Azərbaycanın neft-qaz resursları, eləcə də burdan çəkiləcək olan qaz kəməri Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacaq. Beynəlxalq terrorizmə qarşı mübarizədə də Azərbaycan böyük rol oynayır. ABŞ dövlət departamentinin ekstremizm, terrorçuluq, çirkli pulların yuyulmasına dair hesabatında da Azərbaycan uğurlu tərəfdaş kimi göstərilib. Ölkə bu məsələlərdə ABŞ və NATO-nun həqiqətən də uğurlu tərəfdaşıdır” –deyən müəllif əlavə edib ki, bütün çirkli qarayaxma kampaniyalarına baxmayaraq bu çirkli dumanın arxasından tolerantlıq və dostluq mesajları işığını saçır və heç bir böhtan və iftira kampaniyası bu işığı kölgələyə bilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR