İbad Hüseynova həsr olunmuş klipin təqdimatı olub

İbad Hüseynova həsr olunmuş klipin təqdimatı olub
# 28 fevral 2013 14:45 (UTC +04:00)

Bakı. Aygül Rzayeva - APA. Bu gün İbad Hüseynova həsr olunmuş “İbadlar diyarı” adlı klipin təqdimatı keçirilib.

APA-nın məlumatına görə, xalq artisti Flora Kərimova, əməkdar artistlər Lalə Məmmədova, Gülyanaq Məmmədova və müğənni Səbinə Babayevanın ifa etdikləri mahnının sözləri Gülşad Behbud, musiqisi İmruzə Hüseynovanındır.

Mərasimdə iştirak edən Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov çıxış edərək mahnının və klipin ərsəyə gəlməsinin onun üçün gözlənilməz olduğunu vurğulayıb, bu işdə zəhməti olanlara təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR