Milli Məclisin nümayəndə heyəti ABŞ-a səfər edəcək

Milli Məclisin nümayəndə heyəti ABŞ-a səfər edəcək
# 04 mart 2013 15:55 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, komitənin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Asim Mollazadə və Sahibə Qafarova martın 5-dən 16-dək ABŞ-da səfərdə olacaqlar.

Parlamentdən APA-ya verilən məlumata görə, deputatlar Vaşinqton şəhərində, Texas ştatında olacaq, bu ölkənin konqresmenləri, qubernatorlar və müxtəlif fraksiyaların nümayəndələri ilə görüşlər keçirəcək, ölkələrimiz arasında münasibətlərin inkişafı və əməkdaşlığın genişləndirilməsi barədə söhbətlər aparacaqlar. Onlara Azərbaycanın iqtisadi inkişafı, parlamentdə qəbul edilən yeni qanun layihələri barədə ətraflı məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR