Ramin Mehmanpərəst: “İran Azərbaycan və Ermənistan arasında böhranın nizamlanmasına həmişə yardım edib”

Ramin Mehmanpərəst: “İran Azərbaycan və Ermənistan arasında böhranın nizamlanmasına həmişə yardım edib”
# 05 mart 2013 11:21 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst ölkəsinin Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasına köməyindən danışıb. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, R. Mehmanpərəst bildirib ki, rəsmi Tehran həmişə regional böhranların həlli üçün çalışır: “İran Azərbaycan və Ermənistan arasındakı böhranın nizamlanmasına həmişə yardım edib. Rəsmi Tehran məsələlərin və problemlərin münasib mühitdə və siyasi danışıqlar yolu ilə həllinə çalışıb. İran bu rolu region böhranlarının həlli üçün həmişə oynayacaq”.

R. Mehmanpərəst deyib ki, İranın qonşu ölkələrlə bir çox ortaq cəhətləri var: “Biz düşünürük ki, ictimai əməkdaşlıqlar müxtəlif sahələrdə iki ölkənin əməkdaşlıqlarına kömək edir”.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) sabiq komandanı Möhsün Rzayi Qarabağ müharibəsində ermənilərə qarşı SEPAH-ın da döyüşdüyünü deyib. İran Məsləhət Şurasının katibi bildirib ki, müharibədə çoxlu sayda iranlı da iştirak edib, şəhid olub: “Yaralılar İrana göndərilirdi, şəhid düşənlərin çoxu isə Bakıda dəfn olunub. Qarabağ müharibəsində Azərbaycan ordusunun lazımi hərbi təchizatlarla təmin edilməsi və hərbi təlimlərin keçirilməsi ilə bağlı şəxsən əmr vermişəm. Bizlər Azərbaycanın çətin günlərində yanında olmuşuq. Bu gün də onların yanındayıq. Qarabağın geri qaytarılmasında da onlara yardım etməyə hazırıq. Qarabağ İslam torpağıdır və Azərbaycan Respublikasının bütün torpaqları sülh yolu ilə geri qaytarılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR