AMEA-nın elmi bölmələrinə əlavə səlahiyyətlər verilib

AMEA-nın elmi bölmələrinə əlavə səlahiyyətlər verilib
# 10 dekabr 2014 14:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) üzrə vəzifələr nomenklaturasında bir sıra dəyişikliklər edilib.

APA-nın xəbərinə görə, bununla bağlı qərar AMEA Rəyasət Heyətinin dekabrın 10-da keçirilən növbəti iclasında qəbul olunub.

Dəyişiklərə əsasən, “AMEA Rəyasət Heyətinin bəzi səlahiyyətlərinin AMEA-nın elmi bölmələrinə həvalə edilməsi haqqında” AMEA Rəyasət Heyətinin 2014-cü il 5 noyabr tarixli qərarının birinci bəndində akademiyanın elmi müəssisə və təşkilatlarının struktur (şöbə, laboratoriya və s.) rəhbərlərini və elmi bölmələrin nəzdində fəaliyyət göstərən elmi nəşrlərin redaksiya heyətlərini təsdiq etmək səlahiyyətlərinin AMEA-nın elmi bölmələrinə verilməsi qərara alınıb.

AMEA Rəyasət Heyəti akademiyanın fəaliyyətini tənzimləyən uyğun normativ-hüquqi sənədlərə dəyişikliklər edilməsi nəzərdə tutulan həmin qərarın ikinci bəndinin icrasını təmin etmək məqsədi ilə müvafiq qərar qəbul edib.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR