Azərbaycan Ordusunun şəhid olmuş zabitinin medalı ailəsinə təqdim edilib - FOTO - VİDEO

Azərbaycan Ordusunun şəhid olmuş zabitinin medalı ailəsinə təqdim edilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 20 iyul 2015 16:17 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş zabiti, baş leytenant, 1980-ci il təvəllüdlü İqbal Sərraf oğlu Əhmədovun təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal bu gün ailəsinə təqdim olunub.

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Müdafiə Nazirliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə medalın təqdimetmə mərasimi keçirilib. Rayonun icra strukturları və ictimaiyyət nümayəndələrinin, yerli sakinlərin, Milli Ordu əsgərlərinin qatıldıqları tədbirdə çıxış edən Milli Məclisin komitə sədri Hadi Rəcəbli, Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, Lənkəran ŞİH-nin şöbə müdiri Əlimərdan Əliyev və digərləri Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin həmişə əziz tutulduğunu, onların adlarının əbədiləşdirildiyini, şəhid ailələrinin isə ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd ediblər.

Şəhidin anası Kəsirə Əhmədova göstərilən diqqət və qayğıya görə minnətdarlığını çatdırıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR