Azərbaycanda əmanətçilərin 60%-i xarici valyutaya etibar edir

Azərbaycanda əmanətçilərin 60%-i xarici valyutaya etibar edir
# 27 may 2015 12:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Cari ilin yanvar-mart ayları ərzində manatla pul kütləsinin dinamikası mövsümi amillərin və valyuta bazarında gedən proseslərin təsiri altında formalaşıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) I rüb üzrə pul siyasəti icmalında deyilir.

İcmalda qeyd olunub ki, cari ilinin I rübündə pul bazası 27,7% azalaraq dövrün sonuna 8 339,4 mln. manat təşkil edib. Pul bazasının dəyişiminə AMB-nin valyuta satışları azaldıcı, digər amillər isə (AMB apardığı bazar əməliyyatları və s) artırıcı təsir edib. Bank sisteminin pul yaratma qabiliyyətini ifadə edən pul multiplikatoru rüb ərzində demək olar ki, dəyişməz qalıb. Ötən ilin müvafiq dövrünə nəzərən isə pul multiplikatoru 3,1% artıb.

Rüb ərzində manatla geniş pul kütləsi (M2) 28,3% azalaraq dövrün sonuna 12 493,1 mln. manat təşkil edib. O cümlədən, manatla nağd pul kütləsi I rübdə 27,1% azalıb. Rüb ərzində geniş pul kütləsi (M3) 9,6% azalaraq aprelin 1-nə 19 516,4 mln. manata

çatıb. Ötən ilin müvafiq dövrünə nəzərən isə M3 pul aqreqatı 0,7% artıb. I rübdə M3 pul aqreqatının azalması əsasən xalis xarici aktivlərin azalması hesabına baş verib. Geniş pul kütləsinin azalmasında xalis xarici aktivlərin payı 55%, xalis daxili aktivlərin payı isə 45% təşkil edib.

Xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi dövrün sonuna 57,9% təşkil edib. Xarici valyutada əmanət və depozitlərin M3 pul kütləsində payı

isə dövrün sonuna 36% olub. I rübdə manatla əmanət və depozitlər 30% azalsa da, xarici valyutada əmanət və depozitlər 69,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR