Azərbaycanda havanın temperaturu yüksələcək - VİDEO

 Azərbaycanda havanın temperaturu yüksələcək - <span style="color: red;">VİDEO
# 23 iyul 2014 09:57 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 50-60, gündüz 35-40 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 25-26, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində isə 26-27 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir, ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR