Bakıda baş vermiş qətl hadisənin ikinci iştirakçısı da həbs edilib

Bakıda baş vermiş qətl hadisənin ikinci iştirakçısı da həbs edilib
# 30 yanvar 2013 14:31 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda baş vermiş qətl hadisənin ikinci iştirakçısı da həbs edilib. Bu barədə APA-ya Nərimanov Rayon Prokurorluğundan bildirilib. Nərimanov rayon Polis İdarəsinin və rayon Prokurorluğunun keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində qətlin iştirakçısı olan Münasib Xəlilov tutulub.

Qeyd edək ki, hadisə yanvarın 29-u Nərimanov rayonu Faiq Yusifov küçəsində, “Günəş” saunasının yaxınlığında qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada iki qardaş - 38 yaşlı Orucov Vüqar Ənvər oğlu və 35 yaşlı Bəxtiyar Orucov bıçaqlanıb. Nəticədə V. Orucov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Qardaşı B. Orucov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisə iştirakçılarından biri Bakı şəhər sakini Emin Səfərov ötən gün həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR