Şəkidə hündürlükdən dərəyə yıxılan 66 yaşlı kişi ölüb

Şəkidə hündürlükdən dərəyə yıxılan 66 yaşlı kişi ölüb
# 17 may 2015 16:17 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə 66 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Cuma kənd sakini, 1949-cu il təvəllüdlü İsa Zəkəriyyə oğlu Abbasovun meyiti Cuma kənd inzibati ərazisinin dağlıq hissəsində dərədə kənd sakinləri tərəfindən aşkar edilib.

Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, 66 yaşlı İsa Abbasov ehtiyatsızlıqdan dərəyə yıxılıb. O, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR