İraqda terrorçu-kamikadzelərin törətdikləri partlayışlarda 40 hərbçi ölüb

İraqda terrorçu-kamikadzelərin törətdikləri partlayışlarda 40 hərbçi ölüb
# 03 iyun 2016 18:33 (UTC +04:00)

Bakı – APA. İraqın Əl-Faluca şəhərində terrorçu-kamikadzelər tərəfindən silsilə partlayışlar törədilib.

APA-nın “Əl-Cəzirəyə” istinadən verdiyi məlumata görə, nəticədə azı 40 iraq hərbçisi həlak olub.

Bundan əvvəl İraq hökumətinin nümayəndəsi Bəsam əl-Hüseyni bildirmişdi ki, hökumət qüvvələri və könüllülər ən uzağı bir həftə ərzində Əl-Faluca şəhərini terrorçulardan azad edəcək.

Qeyd edək ki, Əl-Anbar əyalətinin ən iri Əl-Faluca şəhəri 2014-cü ilin əvvəlindən İŞİD silahlılarının nəzarətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR