İranın Xuzistan vilayətində partlayış baş verib

İranın Xuzistan vilayətində partlayış baş verib
# 10 mart 2013 19:12 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Xuzistan vilayətində partlayış baş verib.

APA-nın İLNA-ya istinadən məlumatına görə, hadisə martın 9-da saat 08:30-da Bəndər Xomeyni şəhərində “Delfin” otelinin qarşısında, Səduqi bazarının yaxınlığında olub.

Xəbərdə bildirilir ki, partlayış törədildiyi ərazi şəhərdə insanların ən sıx olduğu yerdir. Partlayış nəticəsində ətrafdakı evlər, mağazalar, yoldan keçən maşınlar, insanlar xəsarət alıb. Ölənlərin olduğu barədə hələlik məlumat yoxdur, yaralıların sayı isə məlum deyil.

Qeyd edək ki, Xuzistan ərablərin kompakt yaşadığı bölgədir və bu ərazidə tez-tez partlayışlar baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR