Bank Of Baku

Ramin Quluzadə Ağdaşda vətəndaş qəbulu keçirəcək

Ramin Quluzadə Ağdaşda vətəndaş qəbulu keçirəcək
# 01 may 2018 09:21 (UTC +04:00)

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Ağdaş şəhərində Ağdaş, Kürdəmir, Ucar, Göyçay rayonlarının və Mingəçevir şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, vətəndaş qəbulu mayın 4-ü, saat 15:00-da keçiriləcək.

 

Vətəndaşlardan “[email protected]" elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

 

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün aşağıdakı telefonlara zəng etmələri xahiş olunur.

 

Ağdaş rayonunda             02023 55159

Mingəçevir şəhərində       02427 52999

Kürdəmir rayonunda        02025 51599

Ucar rayonunda              02021 33777

Göyçay rayonunda           02027 42366

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR