“Bank Melli İran”ın Bakı filialı ötən ili zərərlə başa vurub

“Bank Melli İran”ın Bakı filialı ötən ili zərərlə başa vurub
# 01 aprel 2015 14:22 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il yanvarın 1-nə “Bank Melli İran” Bakı Filialının aktivləri 76 584, 840 manat təşkil edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6,98% çoxdur.

Ötən il müştərilərə verilən kreditlər və avansların həcmi 5 689,869 manat çatıb ki, bu da illik müqayisədə 17,05% artım deməkdir.

Bankda müştəri hesabları isə 54,58% azalaraq 1 293,936 manata bərabər olub.

Hesabat dövründə şirkətin məcmu kapitalının həcmində artım qeydə alınıb. Belə ki, müqayisə olunan dövrdə şirkətin məcmu kapitalı 2,35 dəfə artaraq 50 624,306 manat olub.

Bank ötən ili 839,842 manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR