Bakıda intihar edən qadının fotosu yayılıb, onun kimliyi hələlik müəyyən edilməyib - FOTO

Bakıda intihar edən qadının fotosu yayılıb, onun kimliyi hələlik müəyyən edilməyib - <span style="color: red;">FOTO
# 31 mart 2015 14:57 (UTC +04:00)

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün rayon ərazisində intihar edən qadının üzərində heç bir sənəd olmadığı üçün onun kimliyini müəyyən etmək hələlik mümkün olmayıb. İntihar edən qadının yaşının 30-35, boyunun 157 sm, saçlarının qara, gözlərinin şabalıdı, əynində cins şalvar və qara palto olduğu bildirilib.

Polisdən həmçinin bildirilib ki, intihar edən qadınının üzərində cərrahiyə əməliyyatının izi var.

Şəkildəki şəxsi tanıyanlardan Suraxanı Rayon Polis İdarəsinin növbətçi hissəsinə 452-02-02 və 30-cu Polis Bölməsinə 457-57-02 nömrəli telefonlara zəng vurmaları xahiş edilir.

Qeyd edək ki, bu gün Hövsan qəsəbəsində, Elçin Məmmədov küçəsi 4 A ünvanında naməlum qadın özünü doqquzuncu mərtəbədən ataraq intihar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR