Azərbaycan prezidenti “Dünya iqtisadi liderlərinin qeyri-formal toplantısı: Enerji geosiyasəti üzrə yeni qlobal kontekst” mövzusunda sessiyada iştirak edib

Azərbaycan prezidenti  “Dünya iqtisadi liderlərinin qeyri-formal toplantısı: Enerji geosiyasəti üzrə yeni qlobal kontekst” mövzusunda sessiyada iştirak edib
# 22 yanvar 2015 20:47 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, yüksək səviyyəli rəsmi şəxslərin qatıldığı sessiyada prezident İlham Əliyev çıxış edib. Dövlət başçısı çıxışında Azərbaycanın energetika sahəsində qazandığı nailiyyətlərdən, enerji sektorunda əldə olunan gəlirlərin iqtisadiyyatın şaxələndirilməsinə uğurla yönəldilməsindən, ölkəmizin qlobal enerji layihələrində fəal iştirakından, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın önəmli rolundan, “Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətindən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR