Minskdə təmas qrupu Donbasda atəşkəsə dair razılığa gəlib

Minskdə təmas qrupu Donbasda atəşkəsə dair razılığa gəlib
# 10 fevral 2015 22:51 (UTC +04:00)

Tərəflər həmçinin Donbasın gələcək siyasi quruluşu və yerli seçkilərin keçirilməsi məsələlərini müzakirə ediblər. APA-nın verdiyi xəbərə görə, bu barədə TASS-a məlumatlı mənbə bildirib.

Görüş Minskdə sona çatıb, iştirakçılar mətbuata heç bir açıqlama verməyib.

Qeyd edək ki, Ukraynanı danışıqlarda ikinci prezident Leonid Kuçma və ictimai-siyasi xadim Viktor Medvedçuk, Rusiyanı – bu ölkənin Kiyevdəki səfiri Mixail Zurabov, separatçıları isə Denis Puşilin və Vladislav Deyneqo tımsil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR