Azərbaycanda daha 137 hərbi qulluqçuya mənzillərin verilməsi qərara alınıb

Azərbaycanda daha 137 hərbi qulluqçuya mənzillərin verilməsi qərara alınıb
# 01 fevral 2013 12:16 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Maliyyə Nazirliyin məlumatında deyilir.


İclasda Müdafiə Nazirliyi tərəfindən Komissiyaya təqdim edilən Silahlı Qüvvələrdə 20 təqvim ili tamam olmuş və qüsursuz xidmət etmiş və komissiyanın müvafiq qərarları ilə mənzil növbəsinə qəbul edilmiş 357 hərbi qulluqçudan ilkin mərhələdə 137 nəfərin Bakı və Xırdalan şəhərlərində yerləşən mənzillərlə təmin edilməsi barədə qərar qəbul edilib, onlara verilən mənzillərin bölgüsü aparılıb.


Komissiya tərəfindən qəbul edilmiş qərarların icrası nəticəsində ümumilikdə mənzillə təmin olunmuş hərbi qulluqçuların sayı 187 nəfərə çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR