Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarından biri (BOKT) ləğv olunub.
Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Finans Kredit” MMC ləğv olunduğunu elan edib.
Kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, M. Hüseynzadə küçəsi, ev 30/33 ünvanına bildirə bilərlər.