Bakıda hərbçilər arasında birinci Dünya Futbol Kubokunun püşkatma mərasimi keçirilib - FOTOSESSİYA

Bakıda hərbçilər arasında birinci Dünya Futbol Kubokunun püşkatma mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 29 aprel 2013 13:05 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Bu gün Bakıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kubokunun püşkatma mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə idman və əsasən də futbol ictimaiyyətinin nümayəndələri, tanınmış idman veteranları iştirak edib.

Mərasimdə müdafiə nazirinin müavini, təşkilat komitəsi sədrinin birinci müavini, general-leytenant Çingiz Məmmədov müdafiə naziri Səfər Əbiyevin adından mərasim iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan idmanı özünün yeni dirçəliş dövrünü yaşayır. O, yarışın Azərbaycanda keçirilməsinin sevindirici hal olduğunu deyib və çempionata yüksək səviyyədə hazırlıq görüldüyünü söyləyib: “İnanıram ki, Bakıda hərbçilərin futbol üzrə dünya çempionatı yüksək idman şəraitində keçiriləcək və ən layiqli komandalar qaliblər sırasında olacaq”.

Beynəlxalq Hərbi İdman Şurasının prezidenti, polkovnik Hamad Kalkaban isə çıxışında bu tədbirin keçirilməsinə lazımi şərait yaratdığı üçün Azərbaycan prezidentinə minnətdarlıq edib. O, “İdman vasitəsilə dostluq” şüarı altında keçirilən bu yarışın ölkələr arasında dostluq və sülhə təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Daha sonra 30 iyun - 16 iyul tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Hərbi İdman Şurasının hərbiçilər arasında birinci Dünya Futbol Kuboku yarışına qatılacaq 16 ölkə - ABŞ, Almaniya, Azərbaycan, Bəhreyn, Braziliya, Əlcəzair, Fransa, Fil Dişi Sahilləri, İraq, Kamerun, Keniya, Qətər, Mali, Niderland Krallığı, Oman Sultanlığı komandaları arasında püşkatma keçirilib. Püşkatman nəticəsində aşağıdakı qruplar formalaşıb:

“A” qrupu

1. Azərbaycan

2. İraq

3. Mali

4. Kanada

“B” qrupu

1. Əlcazair

2. Fransa

3. Bəhreyn

4. Keniya

“C” qrupu

1. Oman Sultanlığı

2. Fil Dişi

3. Almaniya

4. ABŞ

“D” qrupu

1. Braziliya

2. Niderland Krallığı

3. Qətər

4. Kamerun.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR