Azərbaycan Hüquqçular Assosiasiyasının Avrasiya Əməkdaşlıq Fonduna qarşı iddiası təmin olunmayıb

Azərbaycan Hüquqçular Assosiasiyasının Avrasiya Əməkdaşlıq Fonduna qarşı iddiası təmin olunmayıb
# 18 mart 2013 13:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Yasamal Rayon Məhkəməsində Azərbaycan Hüquqçular Assosiasiyasının (AHA) Avrasiya Əməkdaşlıq Fonduna qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qətnamə elan olunub. Qətnaməyə əsasən, iddia təmin olunmayıb.

Qeyd edək ki, AHA fondun elan etdiyi “Hüququn Üstünlüyü və Demokratiyanın Təşviqi” qrant proqramı üzrə müsabiqəyə layihə təklifi ilə müraciət edib, lakin layihə seçilməyib. Bundan sonra AHA müsabiqənin nəticələrinin etibarsız hesab olunması tələbi ilə məhkəməyə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR