Azərbaycan yığması Avropa kubokunda 5 medal qazandı

Azərbaycan yığması Avropa kubokunda 5 medal qazandı
# 01 aprel 2013 14:10 (UTC +04:00)

Bakı – APA. Ukraynanın paytaxtı Kiyevdə yeniyetmə cüdoçular arasında keçirilən Avropa kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan millisi 5 medal qazanıb.

55 kq çəki dərəcəsində İlkin Babazadə bütün rəqiblərinə qalib gəlib. Rauf Xəlilov (60 kq) həlledici görüşdə uduzduğundan ikinci yeri tutub. Natiq Qurbanlı (50 kq), Rüfət Tağızadə (55 kq) və Fəridə Həsənxanova (57 kq) isə bürünc medala yiyələniblər.

Qeyd edək ki, Avropa Kubokunda qitənin 23 ölkəsindən 569 idmançı mübarizə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR