Bakı – APA. Bu gün 19 yaşadək qızlar arasında Avropa çempionatlarının 2016/17 mövsümünün ilkin mərhələlərinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri bəlli olub.
Gələn il baş tutacaq mərhələ oyunlarında yığmamız 8-ci qrupda mübarizə aparacaq. Komandamızın rəqibləri isə İspaniya, Ukrayna və Latviya olacaq.
İlkin mərhələnin qarşılaşmaları gələn il sentyabrın 12-20 və ya oktyabrın 17-25-də baş tutacaq. Hər qrupda ilk 2 pillənin sahibi növbəti mərhələyə yüksələcək. Qrup üçüncüləri arasında ən yaxşı göstəriciyə malik yığma da mübarizəni davam etdirəcək.