Azərbaycan xarici ölkələrdə işləyən vətəndaşlarını qeydiyyata alacaq

Azərbaycan xarici ölkələrdə işləyən vətəndaşlarını qeydiyyata alacaq
# 09 oktyabr 2014 15:18 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Xarici ölkələrdə əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşları ilə bağlı yeni şərtlər tətbiq olunur.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nə yeni maddə əlavə olunur.

Yeni 39-1.-ci maddəyə görə, xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçəcək. Qeydiyyat prosesini Azərbaycanın xarici ölkələrdəki konsulları həyata keçirəcək.

Layihə Milli Məclisin oktyabrın 17-də keçiriləcək plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR