"Bank Standard" istehlak kreditləri üzrə illik faiz dərəcəsini dəyişmədən komissiya faizini 1%-dək endirib

"Bank Standard" istehlak kreditləri üzrə illik faiz dərəcəsini dəyişmədən komissiya faizini 1%-dək endirib
# 09 iyul 2015 08:46 (UTC +04:00)

Bakı - APA-Economics. “Bank Standard” hər zaman olduğu kimi öz müştərilərinə geniş məhsul və xidmət növləri ilə bərabər, sərfəli şərtlərlə kredit məhsullarını təqdim edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Bank Standard” bu gün də öz prinsiplərinə sadiq qalaraq istehlak kreditləri üzrə komissiya faizini 1%-dək endirib, illik faiz dərəcəsini dəyişməz olaraq saxlayır.

Beləliklə, “Bank Standard” müştərilərinə illik faiz dərəcəsi 20%-dən başlayan istehlak kreditlərindən vaxt itirmədən yararlanmağı təklif edir.

Daha ətraflı məlumatı bankın rəsmi saytından və ya 158 Məlumat Mərkəzinə zəng vurmaqla əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR