Bakıda 12 nəfəri gün vurub, onlardan 2-i xəstəxanaya yerləşdirilib

Bakıda 12 nəfəri gün vurub, onlardan 2-i xəstəxanaya yerləşdirilib
# 26 iyun 2015 09:45 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “May ayından bu günə kimi Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 12 nəfər müraciət edib. Onlardan iki nəfəri xəstəxanaya yerləşdirilib”.

Bunu APA-ya açıqlamasında Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

R. Nağıyev bildirib ki, havanın hərarətinin qalxdığı son iki gün ərzində günvurma ilə bağlı cəmi iki nəfər müraciət edib: “Onlarda da yüngül hallar idi. Həmin şəxslərə ilkin tibbi yardım göstərilib”.

Baş həkim qeyd edib ki, günvurma ilə bağlı müraciət edənlər əsasən orta yaşlı insanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR